Nazirliyin şöbə rəisi dindirildi - Həbsdə olan gəlininə görə
01:20 10 Yanvar 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az -ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə L.Əkbərovanın qayınanası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərova ifadə verib.
O zərərçəkən Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatı olmadığını deyib: "Mən həmin vaxt Almaniyada olmuşam, telefonlarım da sönülü olub. Heç kimlə telefonla danışmamışam".
Zərərçəkən Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatordan sorğu verərək alınan məktubu məhkəməyə təqdim edib.
Məktubda qeyd olunub ki, N.Əkbərova Almaniyada olarkən oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb.
N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu deyib: "Ola bilər universitetə qəbulla bağlı da nəsə soruşub, maraqlanıblar. Amma sənəd düzəldilməsində heç bir iştirakım olmayıb".
N.Əkbərova hakimin sualına cavab olaraq bildirib ki, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamayıb.
Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.
Oxunub: 3817
Oxşar xəbərlər
- Nazirliyin əməkdaşları peşə bayramlarını qeyd ediblər
- Nazirliyin departament rəhbəri işdən çıxarılıb
- Nazirliyin reydləri nələri üzə çıxarıb?
- Nazirliyin əməkdaşlarına mükafatlar təqdim olunub
- Nazirliyin dələduzluğa görə tutulan əməkdaşına hökm oxundu
- Nazirliyin qarşısında özünü yandırdı
- Nazirliyin işçilərini döyən 3 nəfər tutuldu
- Nazirliyin Hospitalında yeni mərkəz açılıb
- Nazirliyin iti şagirdlərə hücum edib? - FHN təkzib edir
- Nazirliyin müəssisələrinin dövlət büdcəsinə borcu azalıb