Suraxanıda narkotik alverçisi tutuldu


14:32     10 Yanvar 2017 tutulub2.jpg

Bakının Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.


Femida.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Salman Nəbiyev tutulub.

Ondan 101,275 qram heroin götürülüb.

Salman Nəbiyevin əvvəllərdə məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 815