Masallıda məscidlərdən oğurluq edilib


16:31     10 Yanvar 2017 mescid%20ogurluq.jpg

Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Şeyx Səfi" məscidinin nəzir qutusundan 110 manat pul oğurlamaqda şübhəli bilinən Seybətin kənd sakini Ağahüseyn Həbibov tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin oktyabr ayından cari il yanvarın 4-dək olan müddətdə rayon ərazisindəki daha 5 məsciddən 85 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1198