Obama Baydenə ABŞ-ın ali mükafatını verdi


13:23     13 Yanvar 2017 co%20bayden7.jpg

ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydeni Amerikanın iki ən yüksək mükafatından biri olan Prezidentin Azadlıq medalı ilə təltif edib.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təltifetmə Ağ Evdə təşkil olunmuş vidalaşma mərasimində keçirilib.

“Co Bayden ən yaxşı vitse-prezidentdir. O, təmkinli, sadiq, təvazökar işçidir, vətənpərvər və ən əsası, gözəl ailə başçısıdır”, - deyə Obama bildirib.

Bayden bu cür mükafatın onun üçün gözlənilməz olduğunu bildirərək, Obamaya təşəkkürünü bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1425