Obama Vaşinqtonu tərk etdi


13:12     21 Yanvar 2017 e0153a20ab66a7c9aa39b03293b72d43.jpg

ABŞ-ın keçmiş prezidenti Barak Obama və sabiq vitse-prezident Co Bayden yeni dövlət başçısı Donald Trampın inauqurasiya mərasimindən sonra Vaşinqtonu tərk ediblər.


Femida.az xəbər verir ki, Obama andiçmə mərasiminin keçirildiyi ABŞ Konqresinin binasının qarşısından helikopterlə gedib.

Helikopter Hərbi Hava Qüvvələrinin Endrüs bazasına enib. Oradan isə Barak Obama ailəsi ilə birlikdə Kaliforniyaya istirahətə yollanıb. Bununla da Barak Obama prezident helikopteri ilə sonuncu dəfə uçmuş olub.

Co Bayden isə avtomobillə Delaver ştatındakı evinə yollanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2091