Obama Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı


21:33     14 Yanvar 2017 141130-barack-obama-jms-2018_77d8d2ecae194a0123be49e0d06c72c6.jpg

ABŞ prezidenti Barak Obama vəzifə müddətinin bitməsinə 1 həftə qalmış Rusiya əleyhinə daha bir qərar verib.


Ukrayna və Krım məsələsi səbəbi ilə Rusiyaya sanksiyaların müddəti 1 il də uzadılıb. Bununla bağlı Ağ Evdən rəsmi açıqlama verilib.

Rəsmi açıqlamada bildirilib ki, Rusiyanın Krımı ilhaq etməsi və Ukrayna ərazilərində hərbi qüvvələrini yeritməsi ABŞ-ın xarici siyasətinə təhdiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 1195