Ərdoğanın qulluqçusu terrorçu imiş


18:58     28 İyul 2015 uzgun_ve_kirgin_oldugunu_ifade_etti_h1361_11a96.jpg

Türkiyənin paytaxtı Ankarada İŞİD və PKK terror təşkilatlarına qarşı həyata keçirilən əməliyyatda DHKP-C terror təşkilatının üzvü kimi həbs edilən şərti adı G B adlı qadın həbs edilib.


Femida.az türk mətbuatına istinadən xəbər verir ki, sraşdırma zamanı məlum olub ki, qadın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) 10 ay qulluqçu işləyib.

Qızılay adlanan ərazidə keçirilən aksiyaya polisin müdaxiləsi zamanı həbs edilən G B özünün terror qruplaşması ilə heç bir əlaqəsinin olmadığını qeyd edib. Məhkəmə isə ona qarşı irəli sürülən iddiaların yetrəli hesab etməyərək onu sərbəst buraxıb.

Faud avni adlı istifadəçi isə özünün “Twitter” səhifəsində qadının həqiqətən DHKP-C terror təşkilatının üzvü olduğunu və iqamətgahdan terrorçuluğa görə yox məhz çıl-çıraq qırdığına görə işdən azad olunduğunu yazıb.

Açar sözlər:

Oxunub: 1269