Aydın Əliyev sahibkarlara müraciət etdi
16:59 19 Yanvar 2017
"Ötən il ərzində Prezident Administrasiyasında yaradılan Apelyasiya Şurasında gömrük orqanlarının fəaliyyəti ilə bağlı cəmi 1 şikayət daxil olub və araşdırılıb".
Femida.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
Konfransda A. Əliyevə DGK-nin inhisarın yaranmasında günahlandırıldığına dair sual verilib. Qurumun rəhbəri bu suala cavaba olaraq bildirib: "Ötən il ərzində Prezident Administrasiyasında yaradılan Apelyasiya Şurasında gömrük orqanlarının fəaliyyəti ilə bağlı cəmi 1 şikayət daxil olub və araşdırılıb. Bu şikayət də sadəcə olaraq dayanacaq xidmətinin göstərilməsi ilə bağlı olub. Şikayətçinin müraciəti araşdırılıb. Ümumilikdə, 2015-ci ildə 1400-dən yuxarı şikayət daxil olub. 2016-cı ildə isə 200 şikayət azdır. Say nöqteyi-nəzərindən bu rəqəm çox görünməsə də, faiz baxımından ciddi azalma var. Bakı Baş Gömrük İdarəsindən və daxili gömrük idarələrindən nadir hallarda bizə şikayət gəlir. Şikayətlər əsasən sərhəd bölgələrindən daxil olur. Mən vətəndaşlara və iş adamlarına müraciət edərək bir daha deyirəm ki, sizə kimsə maneçilik törədirsə, biz müraciət edin. Bir daha təkrar edirəm ki, ötən il ərzində monopoliya ilə bağlı bircə şikayət daxil olub".
Femida.az
Oxunub: 1098
Oxşar xəbərlər
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
- Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib
- Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirib
- Ukraynanın hakim partiyası Zelenskinin Putinlə danışıq təklifinə aydınlıq gətirib
- Nazir Vətən müharibəsinin könüllülərinə veteran statusunun verilməməsinə aydınlıq gətirib