İspaniyada məktəb avtobusu aşıb


19:07     25 Yanvar 2017 e559af5e-1cda-4f74-bd6b-ba4155a6f2eb.jpg

İspaniyanın paytaxtı Madrid yaxınlığında məktəbliləri daşıyan avtobus aşıb.


Femida.az "Ria Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 uşaq xəsarət alıb.

Qeyd olunub ki, avtobus dönmə əməliyyatını düzgün yerinə yetirə bilməyib və nəticədə aşıb. Leqanesdəki kollecə istiqamətlənən avtobusda 11-13 yaşlı 25 şagird olub. Uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Onların həyatına heç bir təhlükə olmadığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1116