İspaniyada faciəvi qəza - Qatar relsdən çıxdı


23:44     29 Noyabr 2017 spain_train_crash_250713.jpg

İspaniyada Malaqadan Sevilyaya gedən sərnişin qatarı relsdən çıxıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, 21 nəfər xəsarət alıb.

Məlumata görə, qatar Araal bələdiyyəsinin yaxınlığında qəzaya uğrayıb. Yaralılara ilk yardım yerli fermerlər tərəfindən göstərilib. Daha sonra xilasedicilər və tibb işçiləri hadisə yerinə gəlib.

Xilasetmə əməliyyatında yaralıların evakuasiyası üçün helikopterdən istifadə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 814