İspaniyada üçüncü terror aktı törədilib


13:09     18 Avqust 2017 ispaniya-terror_1503032340.jpg

Ispaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını insanların üzərinə sürüblər.


"RİA Novosti"-nin verdiyi xəbərə görə, hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı da var.

Polisin çevik müdaxiləsi nəticəsində terrorçulardan 4-ü dərhal məhv edilib, daha biri isə yaralanıb. Yaralanan terrorçu bir müddət sonra həyatını itirib.

Öldürülən terrorçuların üzərindən kamikadzelərin istifadə etdiyi “şəhid kəmər”ləri aşkarlanıb. Onların Barselonadakı terror aktını təkrarlamaq niyyətində olduqları iddia edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 985