Beyləqanda tank mərmisi tapılıb


18:31     27 Yanvar 2017 mermi3.jpg

Beyləqan rayonunda 1 ədəd partlamamış hərbi sursat aşkar edilib.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a bildirilib ki, rayonun Haramı düzüadlanan ərazidə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi, OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

ANAMA tərəfindən 200 kv.m ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları).

Ümumilikdə Agentlik yanvarın 1-dən 27-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 17 450 kv.m ərazi yoxlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1246