Beyləqanda ağır qəza - Ölən var


13:27     24 İyun 2017 qeza_yeni.jpg

Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 07:45-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 629