Beyləqanda iki maşın toqquşub


19:55     03 Sentyabr 2017 qeza%20yeni8.jpg

Bu gün Beyləqan rayonunda “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:45-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 537