Beyləqanda qəza: Yaralananlar var


20:06     12 Noyabr 2017 1359952125_qeza-avariya-mainyeni.jpg

Bu gün Beyləqan rayonu ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 548