Yəməndə 3 amerikalı hərbçi ölüb


02:04     30 Yanvar 2017 dol.jpg

Yəməndə “Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı ölən ABŞ hərbçilərinin sayı 3-ə çatıb.


“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 1 xüsusi təyinatlının öldüyü, 3-nün yaralandığı bildirilirdi.

Məlumata görə, yanvarın 29-da ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində azı 30 “Əl-Qaidə” silahlısı məhv edilib.

Associated Press agentliyinin Yəmən hökumətinə istinadən verdiyi məlumata əsasən, havadan hücumlara qurudan da dəstək verilib. “Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyatda ABŞ xüsusi təyinatlıları iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1178