Masallıda evə basqın olub - Sahibi bıçaqlandı
23:48 03 Fevral 2017
Masallı rayonunda evə basqın olub.
Hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Nazim Mirzəcan oğlu Məmmədova məxsus evə axşam saatlarında oğrular daxil olaraq oradan bir ədəd noutbuk və başqa bir neçə qiymətli əşya oğurlayıblar. Səs-küyə oyanan ev sahibi müdaxilə etmək istəyəndə oğrular ona bıçaqla xəsarət yetiriblər.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakinləri Ramil Əfsər oğlu Əsədov və Vüsal Baləsər oğlu Şükürov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Apa)
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda nəhəng qartal tutuldu - FOTO
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda yol kənarından meyit tapıldı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub