Gürcüstanda qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər


15:33     07 Fevral 2017 gurcustan61.jpg

Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb.


Femida.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi İrina Barbakadzedir.

Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, qadınlar orduda könüllü şəkildə xidmət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 918