Yasamalda bina yanıb


22:54     07 Fevral 2017 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1006