Kirayə evə dəymiş zərəri kim ödəyir?


14:19     09 Fevral 2017 bigstock-Person-Hand-Holding-House-Key-90040670-1.jpg


“Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür”.

Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünasın sözlərinə görə, kirayəyə verən əmlakın kirayəçinin istifadəsinə yararlı vəziyyətdə olmamasına görə məsuliyyət daşıyır. Kirayəçi isə istifadə etdiyi əmlaka yalnız öz təqsiri üzündən dəyən zərərə görə məsuliyyət daşımalıdır.

“Əgər əmlakın müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa və yaxud kirayəçidən asılı olmayaraq əmlaka hər hansısa bir zərər dəyərsə, kirayəçi zərəri ödəməkdən azad edilməlidir. Həmin zərərin aradan qaldırılması üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi isə kirayəyə verəndən tələb edə bilər. Kirayə müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur”, - Məhərrəməli Həmidov əlavə edib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4073