İŞİD Əl Babda tam mühasirəyə düşdü


20:41     11 Fevral 2017 isid%20edam2.jpg

Suriyada hökumət qüvvələri Əl Bab yaxınlığında olan Ayn Alouşiye yüksəkliyini ələ keçiriblər.


Bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünü etibarlı mənbələrinə istinadən yayıb.

Agentlik bununla İŞİD-in Əl Babdan çıxmaq üçün son yolunun da kəsildiyini bildirib. Üstəlik, Əsəd rejimi Tadifa yaşayış məntəqəsini də ələ keçirib. Bununla da hökumət qüvvələri Əl Babın 1 kilometrliyinə çatıblar.

Qeyd edək ki, Əl Babın böyük hissəsi hazırda Türkiyə ordusu və müxaliflərin əlindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 2314