Ağac oğruları tutuldu - Bakıda


22:55     11 Fevral 2017 hebs%20edildi65.jpg

Bakıda Yaşıllaşdırma və Tingçilik İdarəsindən oğurluq edilib.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayon 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlham Mustafayevə, Vidadi Nuriyevə və Yaşıllaşdırma və Tingçilik İdarəsinə məxsus torpaq sahələrindən 420 ədəd zeytun tingi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Rövşən Mehdiyev və İlham Vəliyev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2215