Şəhidimiz bu gün dəfn olunacaq - YENİLƏNİB


17:46     12 Fevral 2017 1450599468_sehid.jpg

Düşmən təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Qafarov Fuad Fərhad oğlu bu gün dəfn olunacaq.


1988-ci il təvəllüdlü şəhid F.Qafarov saat 14:00-da anadan olduğu Xaçmaz rayonunun Niyazoba kəndində torpağa tapşırılacaq.

***

12:07

Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Femida.az

Açar sözlər:

Oxunub: 28688