Şəhidimiz torpağa tapşırılıb
22:55 11 Mart 2017
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.
Martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
Femida.az
Oxunub: 2832
Oxşar xəbərlər
- Şəhidimiz dəfn olunub
- Şəhidimiz sabah dəfn olunacaq
- Şəhidimiz bu gün dəfn olunacaq
- Şəhidimiz Beyləqanda dəfn olundu
- Şəhidimiz bu gün dəfn olunacaq - YENİLƏNİB
- Şəhidimiz Qusarda dəfn olunacaq - Atası danışdı
- Şəhidimizin nəşinin qaytarılması ilə bağlı YENİ MƏLUMAT
- Şəhidimizin nəşi qaytarılsın - Parlamentdə müzakirə
- Şəhidimizin nəşi hələ də qaytarılmayıb - 1 ay keçdi
- Şəhidimizin nəşinin qaytarılması prezidentin nəzarətindədir