Əhali pulsuz tibbi müayinədən keçiriləcək - PREZİDENTDƏN TAPŞIRIQ
17:30 13 Fevral 2017
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir.
Femida.az xəbər verir ki, hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər. Növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək. Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.
Femida.az
Oxunub: 11476
Oxşar xəbərlər
- Əhalidən xeyli sayda silah-sursat götürülüb
- Əhaliyə şad xəbər: Orta aylıq əməkhaqqı 550 manat olacaq
- Əhaliyə verilən içməli suda bakteriya tapıldı
- Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - SORĞU
- Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir
- Əhali bu il ərzağa 14 milyard xərcləyib
- Əhalinin nominal gəlirləri 8,2 faiz artıb
- Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
- Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var
- Əhalinin banklarda nə qədər pulu var?