Pakistan ordusundan əməliyyat - 100-dən çox terrorçu öldürüldü


00:59     18 Fevral 2017 16797884_10154647892767663_5134477163287987124_o.jpg

Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.



Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.

“Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, məlumatda bildirilir.

Ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.

Açar sözlər:

Oxunub: 8529