Səfirimiz Rakviaşvili ilə görüşdü


02:06     22 Fevral 2017 gurcustan%20azerbaycan.jpg

Fevralın 20-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili arasında görüş keçirilib.


Femida.az -ın məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Görüş zamanı səfir Dursun Həsənov səmimi qəbula görə təşəkkürünü bildirib. İkitərəfli və çoxtərəfli əlaqələrdən, bu əlaqələrin inkişaf perspektivlərindən danışan səfir Dursun Həsənov, təhlükəsizlik qurumları arasında da sıx əməkdaşlığın həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Öz növbəsində David Rakviaşvili ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən yüksək səviyyəli əlaqələrdən və qeyd olunan əlaqələrin inkişafı yönündə dövlət və hökumət üzvlərinin, parlament üzvlərinin və digər dövlət və özəl təşkilatların həmçinin xalqlarımızın yüksək əməyindən bəhs edərək, bu bağlılığın daha da dərinləşəcəyinə əmin olduğunu bildirib. Bununla yanaşı, o, iki ölkənin təhlükəsizlik şuraları arasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsində maraqlı olduqlarını bildirərək, bunun üçün qarşılıqlı səfərlərin, müvafiq sazişlərin, işçi qrupları səviyyəsində təcrübə mübadilələrinin, birgə konfrans və tədbirlərin həyata keçirilməsinin vacib hesab olunduğunu vurğulayıb. Həmçinin D. Rakviaşvili ölkəsinin təhlükəsizlik sahəsində üçtərəfli formatda Türkiyə-Gürcüstan-Azərbaycan formatında qurulmuş əlaqələrin daha da inkişaf etdirilməsində böyük maraq göstərdiklərini ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1029