Səfirimiz XİN-ə müraciət etdi - Moskvadakı erməni təxribatı ilə bağlı


16:32     10 May 2017 moskvada-aksiya-090520179.jpg

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı erməni tərəfinin təxribatları ilə əlaqədar Rusiyanın müvafiq rəsmi qurumlarına şikayət edib.


Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Səfirliyin yaydığı məlumatda deyilir:

"Azərbaycanın Rusiyadakı səfirliyi xəsarət alanlarla əlaqə saxlayıb və onların vəziyyəti ilə maraqlanıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva meriyası və digər dövlət orqanları ilə əlaqə yaradaraq, başverənlərin araşdırılmasını və bu cür hadisələrin bir də təkrarlanmamasını xahiş edib".

Xatırladaq ki, mayın 9-da Moskvada keçirilən "Ölümsüz alay" aksiyası zamanı Ermənistan və Azərbaycan gəncləri arasında kütləvi dava düşüb və nəticədə bir neçə azərbaycanlı yüngül bədən xəsarətləri alıb.

Azərbaycanın Rusiyadakı səfirliyi davanın erməni tərəfinin təxribatları nəticəsində baş verdiyini hesab edir.

Femida.az

Açar sözlər:

Oxunub: 2035