İŞİD futbol geyiminə qadağa qoydu


15:04     25 Aprel 2015 38.jpg


Bu qadağaya əməl etməyən olsa, 80 qamçı ilə cəzalandırılacaq
İŞİD terror qruplaşması qan donduran edamları ilə yanaşı, onlara itaət edənlərə xüsusi qayda və qanunlar tətbiq etməsi ilə də dünya gündəmindən düşmür.


Femida.az-ın mləumatına görə, İŞİD terror qruplaşması futbol komandalarına aid formaları geyinməyi haram olaraq qəbul etdiyini açıqlayıb.

İŞİD-çilərin idman sahəsində tətbiq etdiyi bu qadağa sosial şəbəkə və xəbər portalları oxuyucuları tərəfindən gülüşlə qarşılanıb. Terror təşkilatı Suriya və İraqda onlara qarşı qurulan koalisiyaya yardım etməsi səbəbilə “Nike” firmasının sponsor olduğu dörd komandanın formasını qadağan elan edib. Bu komandalar; “Mançester Yunayted”, “Barselona”, “Real Madrid” və “Milan” klublarıdır.

İŞİD silahlıları bu formaların geyinilməsini haram olaraq qəbul edib və əgər bu qadağaya əməl etməyən olsa, 80 qamçı ilə cəzalandıracaqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 874