Tovuzda yanacaq məntəqəsinə silahlı basqın
17:28 01 Mart 2017
Tovuz rayonunda sürücü yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.
DİN-dən Femida.az-a verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mersedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 947
Oxşar xəbərlər
- Tovuzda yanğın olub
- Tovuzda növbəti olay - Saxlanılanlar var
- Tovuzda avtomobil aşdı - Sürücünün boynu qırıldı
- Tovuzda hadisə: Qadını zorlamaq istəyən gəncin burnunu sındırdılar
- Tovuzda 9 yaşlı uşağı it tutub
- Tovuzda orta məktəb yanıb
- Tovuzda kişi qardaşını döydü - Arvadına görə
- Tovuzda ev yandı
- Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi
- Tovuzda 40 yaşlı qadın bıçaqlanıb