Putin Netanyahu və Ərdoğanla görüşəcək


01:04     06 Mart 2017 140226-putin-russia-military-750a_4eeedb96f23edfb4cd42615d86323da2807.jpg

Rusiya prezidenti Vladimir Putin bu ay Moskvada iki ölkənin liderləri ilə görüş keçirəcək.


`RİA Novosti`nin yaydığı xəbərə görə, Putinin martın 9-da İsrailin baş naziri Benyamin Netanyahu, 10-da isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hər iki görüşdə əsas müzakirə mövzusu Suriya böhranı olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2169