Putin və Netanyahu görüşdü


21:08     09 Mart 2017 putin%20netanyahu1.jpg

Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.


Görüşdə Yaxın Şərqdəki, xüsusi ilə Suriyadakı hazırkı vəziyyət müzakirə olunub.

Bundan başqa, tərəflər Rusiya-İsrail əməkdaşlığını müzakirə ediblər.
V. Putin İsrail baş naziri ilə aralarında sıx və güvənli təmasın yaranmasından məmnunluğunu ifadə edib: "Biz müntəzəm olaraq şəxsən görüşürük, hər zaman telefonla əlaqə saxlayırıq, nazirliklər səviyyəsində işləyirik".

Femida.az

Açar sözlər:

Oxunub: 517