İŞİD 9 yaşlı uşağı 165 dollara satır


16:33     05 Avqust 2015 isid69.jpg

İŞİD terrorçularının daha bir vəhşiliyi üzə çıxıb.


BMT nümayəndələri bu dəfə terrorçuların uşaqları satış qiymətini müəyyən edə biliblər. Qurumun xüsusi təmsilçisi Zainab Bangura İŞİD-ın seks kölələri üçün hazırladığı qiymət siyahısında 1-9 yaş arası uşqları 165 dollara satıldığını müəyyən edə bilib.

Onun sözlərinə görə, terrorçuların bir çox vəhşilikləri bu siyahıda yer alıb. Bunu onların dünyaya meydan oxuması kimi də qiymətləndirmək olar.

Bangura deyib ki, aprel ayında İraqa səfər edib. Bu səfər zamanı qiymət siyahısının işində olan kitabça onun əlinə keçib. Burada yaşı az olan uşaqların daha çox pula getdiyi qeyd edilib.

Bundan sonra İordaniya və Türkiyəyə də gedən BMT təmsilçisi siyahının doğruluğunu dəqiqləşdirə bilib.

Açar sözlər:

Oxunub: 974