Ərdoğan Rusiyadadır
18:03 10 Mart 2017
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
Femida.az -ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Dövlət başçıları Rusiya və Türkiyə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklər. Türkiyənin ilk Atom Elektrik Stansiyasının və “Türk axını” qaz kəmərinin tikintisi gündəmdə olan əsas məsələlərdir. Bundan başqa, regional problemlərin aktual aspektləri, ilk növbədə Rusiya və Türkiyənin beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəsi və Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq.
Sammitin yekunu olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Femida.az
Oxunub: 1220
Oxşar xəbərlər
- Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB
- Ərdoğan Parisdə tarixi razılaşma imzaladı
- Ərdoğan Fransaya, Çavuşoğlu Almaniyaya gedir
- Ərdoğan Həsən Ruhaniyə zəng edib
- Ərdoğan: “Bəşər Əsəd terrorçudur“
- Ərdoğana hücum oldu - VİDEO
- Ərdoğan Əliyevə zəng etdi
- Ərdoğan Putinə zəng etdi - Təşəkkür üçün
- Ərdoğan Qüds məsələsinə bu foto ilə reaksiya verdi
- Ərdoğandan Trampa sərt cavab: “İradənizi dollara satmayın“