Azərbaycan Rusiyaya soğan satacaq
19:40 11 Mart 2017
Kəndli və fermerlərin sata bilmədiyi tonlarla soğan Rusiya bazarlarına çıxarılacaq.
Femida.az xəbər verir ki, bunu APA-ya verdiyi açıqlamada “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq Rusiya bazarlarına 500 tondan çox kənd təsərrüfatı məhsulları daşınıb: “Hazırda isə kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri minlərlə ton soğan dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır”.
Fermer Camal Məhərrəmov APA-ya müsahibəsində bildirib ki, ötən il 1 500 tonadək becərdiyi soğan anbarlarda qalıb: “Qiymətlərin ucuz olması və yerli bazarlarda alıcı olmaması səbəbindən məhsulun 60%-i zay olub”.
Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, əslində məhsulun satılmamasında fermerlər özləri təqsirkardır. Bütün bölgələrdə eyni məhsulun kütləvi şəkildə becərilməsi qiymətlərin aşağı düşməsi ilə yanaşı, həm də alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən də yeni əkin mövsümündə müxtəlif çeşidli məhsulun becərilməsi üçün maarifləndirmə işlərinin aparılacağı planlaşdırılır. Dövlətin fermerlərə dəstək olması onların daha çox qazanc əldə etməsi ilə yanaşı, həm də əkinçilik mədəniyyətinin inkişafına səbəb olacağı məqsədini daşıyacaq.
Oxunub: 1143
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika