Rəsmi Bakıdan Çavuşoğlu qalmaqalına REAKSİYA
18:06 12 Mart 2017
Xarici İşlər Nazirliyi Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Femida.az-a açıqlamasında bildirib ki, bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir.
H. Hacıyev qeyd edib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: “Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir”.
Femida.az
Oxunub: 4856
Oxşar xəbərlər
- Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır
- Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir
- Rəsmi Bakı erməni icması ilə dialoqu dəstəkləyir
- Rəsmi Bakıdan Qüds qalmaqalı ilə bağlı AÇIQLAMA
- Rəsmi Bakıdan Fransaya sərt etiraz - Səfir XİN-ə çağrıldı
- Rəsmi: Danışmağa görə cərimə yoxdur - VİDEO
- Rəsmi Pxenyan Trampı “dəli amerikalı qoca” adlandırıb
- Rəsmi Bakı İsrail-Fələstin münaqişəsi ilə mövqeyini açıqladı
- RƏSMİ: `Erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır`
- Rəsmi Bakıdan ÜAK-ın ləğvi ilə bağlı növbəti AÇIQLAMA