Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır
20:20 28 Dekabr 2017
Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edir.
Femida.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycan və Rusiya Prezidentlərinin dostluq münasibətləri və mütəmadi görüşləri iki ölkə arasında əlaqələrin inkişafında xüsusi rola malikdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulması münasibətilə Moskvada və Bakıda tədbirlər keçirilib, xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. İqtisadi-ticarət, humanitar və regionlararası əməkdaşlığın inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirilib”, - deyə H.Hacıyev vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, il ərzində Azərbaycanın ev sahibliyi ilə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatlarında xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanın qonşu dövlətlərlə uğurlu ikitərəfli tərəfdaşlığını tamamlayaraq, üçtərəfli əsasda bu tərəfdaşlığın inkişafına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib.
"Görüşlərin yekununda Bakı Bəyannaməsi qəbul olunaraq, üçtərəfli formatda əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı şəkildə tərəflərin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörməti və dəstəyi təsbit olunub.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya-İran formatında uğurlu əməkdaşlıq 2016-ci ilin avqustunda dövlət başçıları səviyyəsində keçirilmiş Bakı görüşünün ardınca 1 noyabr 2017-ci ildə Tehranda keçirilmiş növbəti Zirvə Toplantısı ilə xarakterizə olunub. Görüşün yekununda Birgə Bəyannamə qəbul olunub.
Regional və üçtərəfli əməkdaşlıq məsələləri ilə bərabər Azərbaycan-Rusiya-İran formatı Hind okeanı ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir" - məlumatda bildirilib.
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir
- Rəsmi Bakı erməni icması ilə dialoqu dəstəkləyir
- Rəsmi Bakıdan Qüds qalmaqalı ilə bağlı AÇIQLAMA
- Rəsmi Bakıdan Fransaya sərt etiraz - Səfir XİN-ə çağrıldı
- Rəsmi: Danışmağa görə cərimə yoxdur - VİDEO
- Rəsmi Pxenyan Trampı “dəli amerikalı qoca” adlandırıb
- Rəsmi Bakı İsrail-Fələstin münaqişəsi ilə mövqeyini açıqladı
- RƏSMİ: `Erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır`
- Rəsmi Bakıdan ÜAK-ın ləğvi ilə bağlı növbəti AÇIQLAMA
- Rəsmi Bakı Qarabağdakı referendum şərtini açıqladı