Rəsmi Bakı erməni icması ilə dialoqu dəstəkləyir
21:05 07 Dekabr 2017
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparıldı və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində Toivo Klaarı məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib, Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb.
Oxunub: 509
Oxşar xəbərlər
- Rəsmi Bakı Rusiya ilə münasibətlərdən razıdır
- Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir
- Rəsmi Bakıdan Qüds qalmaqalı ilə bağlı AÇIQLAMA
- Rəsmi Bakıdan Fransaya sərt etiraz - Səfir XİN-ə çağrıldı
- Rəsmi: Danışmağa görə cərimə yoxdur - VİDEO
- Rəsmi Pxenyan Trampı “dəli amerikalı qoca” adlandırıb
- Rəsmi Bakı İsrail-Fələstin münaqişəsi ilə mövqeyini açıqladı
- RƏSMİ: `Erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır`
- Rəsmi Bakıdan ÜAK-ın ləğvi ilə bağlı növbəti AÇIQLAMA
- Rəsmi Bakı Qarabağdakı referendum şərtini açıqladı