Azərbaycan yeni teplovozlar aldı
01:52 14 Mart 2017
Qazaxıstanın "Lokomotiv kurastıru zauıtı" şirkəti Azərbaycana "Evolution" seriyalı teplovozlar tədarük edib.
Artıq Azərbaycanın dəmir yollarında Qazaxıstan istehsalı olan 10 teplovoz hərəkət edir.
Məlumatda qeyd olunur ki, bu tip lokomotivlər Azərbaycandan başqa, Qırğızıstan, Türkmənistan, Tacikistan və Ukraynaya da tədarük olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına əsasən, "Şimal-Cənub" marşrutu ilə yük daşımalarının artacağı təqdirdə Azərbaycan Qazaxıstandan əlavə teplovozlar əldə edə bilər. Bundan başqa Azərbaycanın Qazaxıstandan elektrovozlar əldə etməsi barədə razılaşma da mövcuddur.
TE33A "Evalution" tipli bu teplovozlar müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.
Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib. (Trend.az)
Femida.az
Oxunub: 946
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib