Fəhlə yanaraq öldü - DİN məlumat yaydı


18:45     16 Mart 2017 meyit222.jpg

Bakıda tikilməkdə olan binada yanğın olub.


Femida.az-ın məlumatına görə, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən, Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.

Fakta bağlı araşdırma aparılır.

***

Martın 15-də saat 9 radələrində Xətai rayonunun Babək prospektindəki tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarətləri alıb.

Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, xəstəxanaya yerləşdirilən M.Qarayev orada ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1116