Fəhlə faciəvi şəkildə öldü


22:55     02 Sentyabr 2017 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Ağstafa rayonunda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Hadisə rayon ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, evlərdən birində qaynaq işləri ilə məşğul olan 60 yaşlı Faiq Tofiq oğlu Bilalov iş prosesi zamanı xəsarət alaraq ölüb.
İlkin ehtimala görə, onu elektrik cərəyanı vurub.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 690