Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib


19:44     27 Mart 2017 1442557655_mehkeme-zali8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, K. Əlicanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q. Əlicanovu xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər:

Oxunub: 575