Azərbaycan nefti bahalaşıb


16:08     28 Mart 2017 1431495495_neft-bahalashib.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 51,66 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,08 dollar/barel çoxdur.


Bu barədə Femida.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 27-də 50,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 27-də 47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 27-də 50,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 743