Arvadının qətlini sifariş verən kişiyə AĞIR CƏZA TƏLƏBİ


17:05     28 Mart 2017 bogub%20qadin%20tutulub%20arvadini5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qətlini sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 4-də davam edəcək.

İttihama görə, Nuranə Hüseynova adlı qadın üzərinə kimyəvi turşu atılması nəticəsində kor olub. Keçirilən əməliyyatla cinayəti 1981-ci il təvəllüdlü Vüqar Kərimovun törətdiyi müəyyənləşib. Ona bu sifarişi qadının keçmiş əri, 1987-ci il təvəllüdlü Tural Hüseynov verib. O da, məlum olub ki, Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd etsə də, vədini yerinə yetirməyib.

Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1978