Arvadının başını kəsən ər tutuldu


17:24     29 İyul 2017 tutuldu%20hebs8.jpg

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş A.Namazov münaqişə zəminində həyat yoldaşı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2104