Putin və Ruhani birgə bəyanatla çıxış etdi
22:59 28 Mart 2017
“Rusiya və İran beynəlxalq tranzit marşrutlarının ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli rolunu qeyd edir və “Cənub-Şimal” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində praktik addımların davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyirlər”.
Femida.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin və Rusiyada səfərdə olan İran prezidenti Həsən Ruhaninin görüşünün yekununda qəbul olunan bəyanatda deyilir.
Bəyanatda tərəflər Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin bu marşruta tez bir zamanda birləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Tərəflər Xəzər regionunda sülh, stabillik və təhlükəsizliyin təmin olunması, gəmiçilik, tranzit və çoxmodullu yükdaşımaları, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, su bioresurslarının mühafizəsi və idarəçiliyi, neft çirklənmələrinə qarşı mübarizə, o cümlədən ticarət, turizm və dəniz elmi araşdırmaları sahələrində çoxtərəfli əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Bununla yanaşı, hər iki prezident Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sülh və stabilliyin möhkəmlənməsi üçün bu regionlarda siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı genişləndirməyə, həmçinin bu regionların ölkələrinin iştirakı ilə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Femida.az
Oxunub: 648
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq