Maşının təkərlərindən 28 min siqaret çıxdı


16:32     01 Aprel 2017 teker.JPG

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28 min ədəd “NZ Qold Kompakt” markalı siqaret aşkar olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 922