Maşının təkərini dəyişərkən ağır xəsarət aldı


13:44     05 Oktyabr 2017 masin%20tekeri.jpg

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Bərdə sakini, 1964-cü il təvəllüdlü Məzahir Yusifov İsa oğlu avtomobilinin boşalmış təkərini dəyişdirərkən ağır bədən xəsarətləri alıb. Bildirilir ki, M. Yusifov avtomobilini yolunun kənarında saxlayaraq boşalmış təkəri dəyişməyə çalışıb. Təkərin şininin partlaması nəticəsində dəmir tərkibli metal hissəciklər sürücünün alın və ayaq nahiyələrinə dəyib, nəticədə o, ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 992