Azərbaycanın bəzi rayonlarına qar yağıb


16:32     02 Aprel 2017 qar-4.jpg

Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb.


Rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb.

Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.

Lerikə də qar yağmağa başlayıb. Lerik rayon mərkəzinə 5-6 sm, yüksək dağlıq ərazilərə isə 10 sm qar düşüb.

Belə hava şəraiti davam edərsə, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq. Hidrometeoroloqlar qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildirirlər. Bundan başqa, Yardımlı və Astara rayonlarında da yüksək dağlıq ərazilərdə qar müşahidə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1332