Azərbaycan XİN terrorla bağlı bəyanat yaydı


23:55     03 Aprel 2017 XIN0.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb.


Femida.az xəbər verir ki, bəyanatda deyilir: “Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir”.

Femida.az

Açar sözlər:

Oxunub: 950